İtkin düşən alpinistin bacısı danışdı: `Anamın gözü mətbuatda qalıb`


19:32     28 Dekabr 2017 alpp.jpg

Xınalıqda itkin düşən alpinistlərin axtarışları davam edir. Axtarışa FHN-nin xüsusi xilasetmə qrupu da qoşulub. 3 qrup - alpinistlər, FHN-nin xüsusi xilasetmə dəstəsi və Xınalıqlı bir qrup onları axtarır.


İtkin düşən alpinistlərdən biri - Fəridə Cəbrayılın bacısı Vüsalə Əbilova ilə əlaqə saxladıq. Ailə üzvlərində hər hansı məlumatın olub olmadığını dəqiqləşdirmək istəsək də, Vüsalə xanım Femida.az-a bildirdi ki, hazırda açıqlama verəcək durumda deyillər:

“Sizcə, biz müsahibə verəcək haldayıq? Siz nə bilirsizsə, biz də o qədərini bilirik. Dua edirik sağ-salamat qayıtsınlar. İnşallah üçü də sağ salamat qayıdacaq. Bu, Fəridənin alpinist kimi ilk təcrübəsi deyildi. Buna qədər dəfələrlə dağa gedib. Bildiyimiz yeganə məlumat odur ki, axtarışlar davam edir, hələ tapılmayıblar. Mətbuatdan xahiş edirəm, bilmədiyiniz heçnə yazmayın. Anam hamısını oxuyur”.




Amin

Femida.az

Açar sözlər:

Oxunub: 4044